"Barselona" klubunun futbolçusu Lionel Messi İspaniya Kubokunun fevralın 6-da keçiriləcək ilk yarımfinal matçında "Real Madrid"ə qarşı oynaya bilər.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, argentinalı hücumçunun zədəsi yoxdur. Onda əzələ sıxılmasının olduğu bildirilir. Bununla əlaqədar 32 yaşlı forvard "Real Madrid"lə oyunda iştirak barədə qərarı özü qəbul edəcək. Kapitan bu gün kollektic məşqdə iştirak edib.
Messi La Liqanın XXII turunda "Valensiya" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə "dubl" etməklə yanaşı, zədə alıb. Barselona" – "Real Madrid" matçı "Kamp Nou" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 24:00-da başlanacaq.