
Bu gün Azərbaycan I Divizionunda XIV turun daha 3 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, lider "Sumqayıt-2" "Keşlə-2"ni darmadağın edib - 3:0. Bu görüşün uzatma dəqiqələrində meydan sahiblərinin kapitanı Elvin Nəsibov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb. Həmin vaxt Nəsibovun komandası 2 cavabsız qolla öndə olub. Lakin "gənclik şəhəri" təmsilçisi azlıqda qalmasına baxmayaraq, üçüncü qolu vurmağı baxarıb. Bu görüşdə baş hakim Ziya Nəsirov meydan sahiblərinin 5, qonaqların 2 futbolçusuna sarı vərəqə də göstərib.
Son pillədəki "Zirə-2" özündən 1 pillə öndə yer alan "Ağsu"ya 2:1 hesabı ilə qalib gələrək, fərqi minimuma endirib. "Neftçi-2" isə səfərdə "Sabah-2"ni uzatma dəqiqələrində vurduğu qolla yenib və 3-cü pillədəki mövqeyini qoruyub.
I Divizion, XIV tur
7 fevral (cümə axşamı)
“Sumqayıt-2” – “Keşlə-2” - 3:0
Qollar: Baxşəli Baxşəliyev, 27. Fərid Kərimzadə, 45+1. İbrahim Əliyev, 90+4
Qırmızı vərəqə: Elvin Nəsibov, 90+1
Hakimlər: Ziya Nəsirov, Elmin Süleymanov, Zöhrab Abbasov, Alik Yunusov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Nihad Məmmədov
“Kapital Bank Arena” (ehtiyat meydança)
“Sabah-2” – “Neftçi-2” - 0:1
Qol: Elnur Süleymanov, 90+4
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Əli Cəbrayılov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu
“Zirə-2” – “Ağsu” - 2:1
Qollar: Qara Mehrəlizadə, 22. Əmrah Bayramov, 62 - Qalib Əmrahov, 13
Hakimlər: Etibar Həsənov, Teymur Teymurov, Səbuhi Soltanov, Nail Nağıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“AZAL Arena”
Qeyd edək ki, açılış oyununda "Turan Tovuz" doğma meydanda "Qarabağ-2"yə uduzub - 1:2. Tura fevralın 8-də keçiriləcək “Şüvəlan” – “Səbail-2”, “Kəpəz” – MOİK və “Qaradağ Lökbatan” – “Zaqatala” matçları ilə yekun vurulacaq. Bütün görüşlər saat 15:00-da başlayacaq.