Reynaldo Silva 2 il 13 gündən sonra yenidən "Qarabağ"ın heyətində meydana çıxıb.
Sportnet.az-ın məlumatına görə, braziliyalı hücumçunun dönüşü "Kapital Bank Arena"da "Sumqayıt"la Topaz Premyer Liqasının XVI tur matçına təsadüf edib. O, 80-ci dəqiqədə Dani Kintananın əvəzinə oyuna daxil olub.
Qeyd edək ki, Reynaldo 2017-ci il yanvarın 27-də "Qarabağ"dan ayrılaraq, Türkiyənin "Adanaspor" klubuna keçib. O, "Qarabağ"la 2018-ci il dekabrın 19-da yenidən 3 illik müqavilə bağlayıb.