"Oyun yaxşı keçdi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Çətin olsa da, vacib qələbə qazadıq".
Sportnet.az xəbər verir ki, bunun "Neftçi"nin futbolçusu Ömər Buludov evdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Gənc müdafiəçi bildirib ki, "Keşlə" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşsa da, asan rəqib deyil: "Bunu oyun da göstərdi. Buna görə də ciddi hazırlıq keçmişdik. Çox şadam ki, qalib gəldik”.
Qeyd edək ki, Ömər Buludov "Keşlə" ilə matçda sonadək meydanda olub.