Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçlə bağlanılacaq rəsmi müqavilənin müddəti müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis 1+1 illik sözləşməyə imza atacaq. AVRO-2020-nin seçmə tsikli başa çatdıqdan sonra əməkdaşlığın davam etdirilib-etdirilməməsinə qərar veriləcək.
Hələlik Yurçeviç köməkçilərini açıqlamayıb.
Qeyd edək ki, Nikola Yurçeviç millinin baş məşqçi vəzifəsinə AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında təyin olunub.