Azərbaycanlı futbolçu Azər Əliyev Rusiyanın "Ufa" klubunun heyətində İspaniyaya yollanıb.
Sportnet.az-ın məlumatına görə, 25 futbolçudan ibarət kollektiv son təlim-məşq toplanışında iştirak edəcək. Başqırdıstan təmsilçisi fevralın 15-də yerli "Almeriya", fevralın 19-da Gürcüstanın "Lokomotiv" (Tbilisi) və hələlik dəqiqləşməyən tarixdə Rusiyanın MOİK komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Rusiya Premyer Liqasında 17 turdan sonra "Ufa" 16 klub arasında 14-cü yeri tutur. Turnir cədvəlinə 34 xalla "Zenit" başçılıq edir.