AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyevi cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna "Zaqatala" ilə XIV turun ev oyununun 26-cı dəqiqəsində Dərgahquliyevin texniki zona qaydalarını pozması səbəb göstərilib. Baş məşqçi fevralın 15-də "Keşlə-2" ilə səfər matçında tribunada yer alacaq. Onun klubu isə 80 manat сərimə ödəyəcək.
Qeyd edək ki, "Zaqatala" ilə görüş "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 1:0.