Sportnet.az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd İspaniyadakı təlim-məşq toplanışında yerli “Ranero”nu 6:1 hesabı ilə yendikləri yoxlama oyunundan sonra affa.az-a açıqlamasında deyib.
Gənc mütəxəssis fürsətdən yararlanaraq, bütün futbolçulara şans verdiklərini bildirib: "Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik. Müəyyən epizodlarda istədiyimiz alınırdı, bəzi epizodlarda çatışmayan nüanslar gördük. Bu cür oyunlarda rəqibə daha ciddi yanaşmalıyıq. Çünki bizi qarşıdakı oyunlarda daha sürətli, taktiki baxımdan daha kombinasiyalı oyunlar gözləyir. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlar olsun, ciddiyəti əldən verməməliyik".