"Oyun barədə hər hansı bir sözüm yoxdur. Gücümüz budur". Sportnet.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının X turunda "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olan "Araz Naxçıvan” baş məşqçisi Əsgər Abdullayev deyib.
Mütəxəssis sözlərinə belə davam edib: "Premyer Liqaya vəsiqə qazandıqdan sonra biz heyəti yenə yerli futbolçulardan qurmağa çalışdıq. Premyer Liqanın hansı səviyyədə olduğunu bilirəm. Çempionatda bizim üçün oyunların çox çətin keçəcəyini dərk edirdim. Bizə elə futbolçular lazımdır ki, onlar komandanı irəli apara bilsinlər. Mənim istəyim budur ki, Naxçıvan futbolu inkişaf etsin”.