Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, yarışın 5 qat qalibi olan İspaniya "Sevilya"sıdır. Əndəlüslülər 1/6 final mərhələsində İtaliya "Latsio"sunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə Romadan 1:0 hesablı qələbə ilə ayrılan "Sevilya" bugünkü cavab görüşündə 2 cavabsız qola sevinib. Hesabı 20-ci dəqiqədə Vissam ben Yedder açıb. Pablo Sarabia isə 78-ci dəqiqədə bərabərlik qolunu vurub.
Komandalar görüşü hərəyə 10 futbolçu ilə başa vurublar. 61-ci dəqiqədə Franko Vaskes "Sevilya"nı, bundan 10 dəqiqə sonra isə Adam Maruşiç "Latsio"nu azlıqda qoyub.
Qeyd edək ki, 1/16 final mərhələsinin qalan 15 cavab görüşü fevralın 21-də keçiriləcək.
---------------------------
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşlərinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma oynanılacaq. İspaniyada "Sevilya" klubu İtaliya "Latsio"sunu qəbul edəcək.
Turnirin 5 qat qalibi olan meydan sahiblərinə bu oyunda heç-heçə də sərf edir. İtaliyadakı ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Roma təmsilçisi 1/8 finala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır. Qonaqların 1:0 hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.
"Sevilya"nın heyətində Maksimilian Vyober və komandanın əsas futbolçularından hesab olunan Ever Baneqa cəza səbəbindən bu matçı buraxacaq. "Latsio"nun heyətində isə itki yoxdur.
Qeyd edək ki, 1/16 final mərhələsinin digər cavab oyunları fevralın 21-də keçiriləcək. Turnirin final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.
Avropa Liqası
1/16 final, cavab oyunu
20 fevral
21:00. "Sevilya" (İspaniya) - "Latsio" (İtaliya) - 2:0
Qollar: Vissam ben Yedder, 20. Pablo Sarabia, 78
Qırmızı vərəqə: Franko Vaskes, 61 - Adam Maruşiç, 71
Baş hakim: Entoni Teylor (İngiltərə)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun 1:0.