Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçilərindən "Fənərbağça"nın ardından "Qalatasaray" da mübarizəni dayandırıb. "Sarı-qırmızılar" İstanbulda 1:2 hesabı ilə uduzduqları "Benfika" ilə Portuqaliyada qolsuz heç-heçə ediblər. Beləliklə, Bakıda keçiriləcək final matçında Türkiyənin heç bir təmsilçisinin olmayacağı dəqiqləşib.
Əvəzində 1/8 finala "Benfika" ilə yanaşı, İtaliyanın "İnter", Ukraynanın "Dinamo" (Kiyev), İngiltərənin "Çelsi", Fransanın "Renn", Çexiyanın "Slaviya" (Praqa) və Rusiyanın "Krasnodar" klubları da yüksəlib. Daha əvvəl bu hüquqa İspaniyanın "Vilyarreal", "Valensiya" və "Sevilya", İngiltərənin "Arsenal", Almaniyanın "Ayntraxt" (Frankfurt), Rusiyanın "Zenit", Avstriyanın "Zaltsburq", Xorvatiyanın "Dinamo" (Zaqreb), İtaliyanın "Napoli" komandaları sahib çıxıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü bu gün atılacaq. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Oyunlar martın 7-də və 14-də olacaq. Final görüşü isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil ediləcək.
------
Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin daha 8 cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçilərindən "Fənərbağça" Rusiyada "Zenit"in qonağı olub. Sankt-Peterburqda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça fəal başlayan "Zenit" 4-cü dəqiqədə Məhəmməd Ozdoyevin qolu ilə hesabı açıb. 37-ci dəqiqədə iranlı legioner Sərdar Azmun komandasının ikinci qolunu vurub. Lakin 43-cü dəqiqədə Mehmet Topal fərqi azaldıb. 76-cı dəqiqədə Azmun "dubl" edərək, yekun nəticəni müəyyənləşdirib - 3:1. İstanbuldakı ilk görüşdə "Zenit" 0:1 hesabı ilə uduzmasına baxmayaraq, evdə 2 top fərqi ilə qalib gəldiyi üçün mərhələ adlayıb.
Qalan oyunlara gəldikdə, qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Arsenal" İngiltərədə Belarus BATE-sini darmadağın edərək, ilk görüşdəki minimal hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Əvəzində Portuqaliya "Sportinq"i İspaniyada "Vilyarreal"la qarşılaşmada 1:1 hesablı heç-heçə edib və ilk görüşdə 0:1 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb.
1/8 finala qalan vəsiqələrə Almaniyanın "Ayntraxt" (Frankfurt), Avstriyanın "Zaltsburq", Xorvatiyanın "Dinamo" (Zaqreb), İspaniyanın "Valensiya" və İtaliyanın "Napoli" komandaları sahib çıxıb. Ötən gün bu hüququ İspaniya "Sevilya"sı yiyələnib.
Qeyd edək ki, son 7 vəsiqənin sahibi saat bu gecə müəyyənləşəcək.
-----------------------
Bu gün keçiriləcək daha 15 cavab oyunu ilə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçilərindən "Qalatasaray" səfərdə Portuqaliya "Benfika"sı ilə üz-üzə gələcək. İstanbuldakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan "sarı-qırmızılar" növbəti mərhələyə yüksəlmək üçün ən azı iki top fərqi ilə qalib gəlməlidirlər. "Qalatasaray"ın 2:1 hesablı qələbəsi isə görüşü əlavə vaxta aparacaq.
"Fənərbağça"nın da cavab oyunu səfərdə olacaq. "Sarı-lacivərdlilər" Rusiyanın Sankt-Peterburq şəhərində "Zenit"lə qarşılaşacaqlar. İlk oyunda rəqibini 1:0 hesabı ilə üstələyən İstanbul komandasına səfərdə heç-heçə, hətta 1:2-dən başlayaraq, minimal fərqlə məğlubiyyətlər də sərf edir. "Zenit" isə 1/8 finala vəsiqə üçün rəqibini 2 top fərqi ilə udmalıdır.
Qrup mərhələsində "Qarabağ"a rəqib olmuş komandalardan "Arsenal" İngiltərədə Belarus BATE-sini qəbul edəcək. İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan London təmsilçisi ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.
Portuqaliya "Sportinq"i isə İspaniyada "Vilyarreal"ın müqavimətini qırmağa çalışacaq.
Avropa Liqası
1/16 final, cavab oyunları
21 fevral
21:55. "Arsenal" (İngiltərə) - BATE (Belarus) - 3:0
Qollar: Zaxar Volkov, 4 (öz qapısına). Şkodran Mustafi, 39. Sokratis Papastatopulos, 60
İlk oyun – 0:1
21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Viktoriya" (Plzen, Çexiya) - 3:0
Qollar: Mislav Orşiç, 15. Emir Dilaver, 34. Bruno Petkoviç, 73
İlk oyun - 1:2
21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Şaxtyor" (Donesk, Ukrayna) - 4:1
Qollar: Luka Yoviç, 23. Sebastyan Haller, 27 (pen.); 80. Ante Rebiç, 88 - Junior Moraeş, 64
İlk oyun - 2:2
21:55. "Napoli" (İtaliya) - "Sürix" (İsveçrə) - 2:0
Qollar: Simone Verdi, 43. Adam Unas, 75
İlk oyun - 3:1
21:55. "Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika) - 4:0
Qollar: Ksaver Şlager, 17. Patson Daka, 29; 43. Munas Dabbur, 90+4
Dəqiq yerinə yetirilməyən penalti: Munas Dabbur, 11 ("Zaltsburq")
İlk oyun - 1:2
21:55. "Valensiya" (İspaniya) - "Seltik" (Şotlandiya) - 1:0
Qollar: Kevin Qameyro, 70.
İlk oyun - 2:0
21:55. "Vilyarreal" (İspaniya) - "Sportinq" (Portuqaliya) - 1:1
Qollar: Pablo Fornals, 80 - Brunu Fernandeş, 45+1
İlk oyun – 1:0
21:55. “Zenit” (Rusiya) – “Fənərbağça” (Türkiyə) - 3:1
Qollar: Məhəmməd Ozdoyev, 4. Sərdar Azmun, 37; 76 - Mehmet Topal, 43
İlk oyun - 0:1
24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Krasnodar" (Rusiya) - 1:1
Qollar: Çarles Arangis, 87 - Məhəmməd Süleymanov, 84
İlk oyun – 0:0
24:00. "Benfika" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə) - 0:0
İlk oyun - 2:1
24:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç) - 3:0
Qollar: Olivye Jiru, 55. Ross Barkli, 74. Kallum Hadson-Odoy, 84
İlk oyun - 2:1
24:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Olimpiakos" (Yunanıstan) - 1:0
Qol: Fran Sol, 32
İlk oyun – 2:2
24:00. "Genk" (Belçika) - "Slaviya" (Praqa, Çexiya) - 1:4
Qollar: Leandro Trossard, 10 - Vladimir Kufal, 23. İbrahim-Benjamin Traore, 54. Milan Şkoda, 64; 69
İlk oyun – 0:0
24:00. "İnter" (İtaliya) - "Rapid" (Vyana, Avstriya) - 4:0
Qollar: Matias Vesino, 11. Andrea Ranokkya, 18. İvan Perişiç, 80. Matteo Politano, 87
İlk oyun – 1:0
24:00. "Betis" (İspaniya) - "Renn" (Fransa) - 1:3
Qollar: Covani Lo Çelso, 41 - Rami Bensebaini, 22. Adrian Hunu, 30. MBaye Nyanq, 90+4
İlk oyun – 3:3
Qeyd edək ki, daha öncə İspaniya "Sevilya"sı 1/8 finala vəsiqə qazanıb. "Sevilya" 1/16 finalda İtaliya "Latsio"sunu mübarizədən kənarlaşdırıb - 1:0, 2:0. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.