Azərbaycan Premyer Liqasının XVII turunun rəmzi komandası müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "11-lik" “InStat” şirkətinin təhlili əsasında açıqlanıb.
Qapıçı: Səlahət Ağayev (“Neftçi”) - 9
Müdafiəçilər: Azər Salahlı (“Keşlə”) - 2, Voislav Stankoviç (“Qəbələ”) - 4, Jarjue Maudo (“Səbail”), Cabir Əmirli (“Keşlə”)
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) - 5, Riçard Almeyda (“Qarabağ”) - 2, Nikola Mitroviç (“Keşlə”), Evangelos Platellas (“Neftçi”)
Hücumçular: Canluka Sansone (“Neftçi”), Amil Yunanov (“Keşlə”).
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.