19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Ağatahir Əzimovun baş məşqçisi olduğunu kollektiv yenə Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşma Azərbaycan millisinin 1:10 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, iki komanda fevralın 19-da da qarşılaşıb. Həmin görüş Türkiyə millisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
-------------------------------------------
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, komanda Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Saat 19:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Görüşü Hikmət Qafarlı, Rahin Heybətov və Mehman Mahmudovdan ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, iki komanda fevralın 19-da da üz-üzə gəlib. Görüş Türkiyə millisinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Yoldaşlıq görüşü
21 fevral
19:00. Azərbaycan (U-19) – Türkiyə (U-19) - 1:10
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Mehman Mahmudov
Bakı İdman Sarayı