
İngiltərə Liqa Kubokunda final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, həlledici görüşdə "Mançester Siti" və "Çelsi" komandaları üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda təşkil olunmuş matçın əsas və əlavə vaxtında qol vurulmayıb. Həmin bölümdə "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa zədələnib. Bu zaman baş məşqçi Mauritsio Sarri onu əvəzləmək istəyib. Lakin Kepa meydandan çıxmaq istəməyərək, Sarri ilə münaqişəyə girib. O, sonda istəyinə nail olub, italiyalı mütəxəssis isə əsəbiləşərək, tribunaaltı tunelə girib. Sonradan o, fikrini dəyişərək geri qayıdıb.
Penalti seriyasında isə "Mançester Siti" üstün olub - 4:3. Bununla da "şəhərlilər" tarixində 6-cı dəfə Liqa Kubokunu qazanıblar və bu göstəricidə ikinci yerə çıxıblar. Lider isə kuboku 8 dəfə əldə etmiş "Liverpul"dur.
- Have you EVER seen anything like it!?
— Sky Sports Football (@SkyFootball) 24 февраля 2019 г.
Maurizio Sarri tries to substitute Kepa Arrizabalaga for Willy Caballero, but Kepa refuses to come off and Sarri is absolutely FURIOUS! pic.twitter.com/Q81v6ry3Kk