Şotlandiyanın “Seltik” komandasının baş məşqçisi Brendan Rocers İngiltərə təmsilçisi “Lester”ə rəhbərlik edəcək.
Sportnet.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Şimali İrlandiyadan olan 46 yaşlı mütəxəssisin təyinatı bu gün Premyer Liqanın XXVIII turu çərçivəsində “Brayton”la ev oyununa qədər açıqlanacaq. Rocers bu postda uğursuz nəticələr səbəbi ilə istefaya göndərilmiş Klod Püeli əvəzləyəcək.
“Lester”in yeni baş məşqçi üçün “Seltik”ə 6,9 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Qeyd edək ki, “Lester” 32 xalla 12-ci pillədə qərarlaşıb. Brendan Rocers daha əvvəl İngiltərənin “Uotford”, “Redinq”, “Suonsi” və “Liverpul” komandalarına rəhbərlik edib. O, 2016-cı ildən “Seltik”də çalışır.