Türkiyənin I Liqasında çıxış edən "Ümraniyespor" klubu ölkə kubokunda növbəti sensasiyaya imza atıb.
Sportnet.az xəbər verir ki, Ahmet Taşyürekin baş məşqçi olduğu komanda 1/4 final matçında "Trabzonspor"u mübarizədən kənarlaşdırıb - 3:1. "Medical Park" stadionunda keçiriləcək görüşün ilk yarısı Entoni Nvakaemenin 36-cı dəqiqədə vurduğu qolla qonaqların üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra Ümraniyespor" qollarını sıralayıb. 55-ci dəqiqədə Leandrinyo, 66-cı dəqiqədə penaltidən Emircan Altıntaş, 90+7-ci dəqiqədə isə Atabey Çiçek fərqlənib.
Qeyd edək ki, "Ümraniyespor" 1/8 finalda "Fənərbağça"nı üstələyib.