Azərbaycan paytaxtında Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı" adlı qarşılaşma təşkil olunub.
Sportnet.az xəbər verir ki, “Qərb Ulduzları” “Şərq Ulduzları” ilə üz-üzə gəlib.
“Qərb Ulduzları” komandasında İrji Dudek, Deku, Mikael Essyen, Hamit Altıntop, müsabiqələrə qoşulan azarkeşlər Zaman Zahirzadə və Məhəmməd Tarverdiyev yer alıb.
“Şərq Ulduzları”nda isə Nazim Süleymanov, Vəli Qasımov, Revaz Arveladze, Nihat Kahveci, Andrey Arşavin, Şöhlət Rəhimov (Region Liqasında ötən mövsümün ən yaxçı qapıçısı) və jurnalist Tural Dadaşov iştirak edib.
Görüş "Şərq Ulduzları"nın qələbəsi ilə yekunlaşıb - 11:9.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunmuş matçı Prezident İlham Əliyev və qızı Leyla Əliyeva da izləyib. Dövlət başçısı oyunda iştirak edən futbolçularla görüşüb. Ona Avropa Liqasının kuboku təqdim edilib. Sonra xatirə şəkli çəkdirilib.