AFFA İntizam Komitəsi Region Liqasında hakimə qarşı kobudluq edən futbolçuların cəza müddətlərini artırıb.
Sportnet.az xəbər verir ki, bu qərar komitəyə daxil olmuş əlavə məlumatlar əsasında çıxarılıb. Sabirabadın "Gənclik" komandasının futbolçuları Amid Zeynalov və Elmar İsgəndərov səfərdə “Ağsu Siti” ilə oyunda referini təhqir etməklə yanaşı onu döydükləri müəyyənləşib.
Məlum olub ki, Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandıqdan sonra ədalət təmsilçisinə qarşı fiziki güc tətbiq edib. Elmar İsgəndərov isə komanda yoldaşı kimi 90 dəqiqədə hakimə qarşı qeyri-etik ifadələr işlədib. Daha sonra qırmızı vərəqə ilə cəzalandırılan oyunçu hakimlə dalaşıb.
İntizam Komitəsi Zeynalovun cəzasını 4 oyundan 10-a, İsgəndərovun diskvalifikasiyasının isə 4 matçdan 5-ə artırılmasına qərar verib.