Almaniyanın "Bavariya" klubu futbolçusu Serj Qnabri ilə müqavilə müddətini uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilədək sözləşmə imzalanıb. Anlaşmanın detalları açıqlanmır.
Qeyd edək ki, Serj Qnabri "Bavariya" ilə ilk dəfə 2017-ci ildə müqavilə bağlayıb. O, bir il "Hoffenhaym"da çıxış etdikdən sonra Münhenə qayıdıb. Qnabri bu mövsüm 29 oyuna 8 qol vurub.