AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.
Sportnet.az xəbər verir ki, görüşdə UEFA nümayəndələri Qrem Peker və Massimilano Miçentsi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Seymur Səlimli, AFFA-nın Hakimlər Komitəsinin əməkdaşları, Azərbaycan Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələri iştirak edib.
UEFA nümayəndələri xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıb. Qonaqlar UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.