Ukraynanın “Dinamo” (Kiyev) klubu hücumçularla fərdi şəkildə işləmək üçün xüsusi mütəxəssis axtarışına çıxıb.
Sportnet.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, buna klub rəhbərliyi və baş məşqçi Aleksandr Xatskeviç birgə qərar veriblər. Onlar bu vəzifədə əvvəllər yaxşı forvard olan birini görmək istəyirlər.
Qeyd edək ki, “Dinamo” Ukrayna Premyer Liqasında 44 xalla 2-ci pillədə qərarlaşıb. Komanda 20 oyuna 34 qol vurub, 10 top buraxıb. Kiyev təmsilçisi Avropa Liqasının 1/8 finalında İngiltərənin “Çelsi” kollektivi ilə qarşılaşacaq.