
İspaniyanın "Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Xulen Lopetegi müqaviləsinin pozulması qarşılığında klubdan kompensasiya 28 milyon avro tələb edib.
Sportnet.az-ın "Onda Cero"ya istinadən verdiyi məlumata görə, 53 yaşlı mütəxəssis sabiq komandası ilə məhkəmə çəkişməsinə başlayıb. O, klubla ötən yay 3 illik müqavilə bağlamışdı.
Qeyd edək ki, "Real Madrid" Xulen Lopetegini 2018-ci ilin oktyabrında istefaya göndərib. O, "kral klubu"nda cəmi 4 ay duruş gətirib. Lopeteginin rəhbərliyi altında paytaxt komandası son 17 ildə ilk dəfə La Liqada 8-ci pillədən aşağı düşüb, son oyununda isə "Barselona"ya 1:5 hesabı ilə uduzub.