
Ramon Monçi İtaliyanın "Roma" klubunun idman direktoru postunu tərk edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis iki ildir çalışdığı vəzifə ilə vaxtından əvvəl vidalaşıb. Onunla müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Klubun yeni idman direktoru Frederik Massara təyin edilib.
Monçinin karyerasını İngiltərə "Arsenal"ında davam etdirəcəyi bildirilir. O, Portuqaliya "Portu"su ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündən qayıdarkən Roma hava limanında azarkeşlərlə söyüşüb və mətbuatla ünsiyyətə girməkdən imtina edib.
Qeyd edək ki, daha əvvəl Eusebio Di Françesko "Roma"nın baş məşqçi postunu tərk edib. Bu qərar "Portu"ya əlavə vaxtda 1:3 hesablı məğlubiyyətdən sonra qəbul olunub.