"Oyuna pis başlamadıq. Yenə də hücumda problemlər yaşayırıq. 15-20 dəqiqə normal futbol oynadıq. Qapımıza ilk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər. Fasilədə uşaqlarla danışdıq, həvəsli başladıq. Amma yenə ilk hücumda qol buraxdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov səfərdə "Keşlə"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis daha sonra jurnalistləri də cavablandırıb...
- Meydanın durumu oyununuza nə dərəcədə təsir etdi?
- Hiss olunurdu. Ötürmələrdə hiss olunurdu ki, uşaqlar əziyyət çəkirlər. Buna baxmayaraq, oynamalı idik.
- Futbolçuların fiziki gücü sanki tükənmişdi...
- Fiziki deyil, psixoloji cəhətdən bunu deyə bilərəm.
- Saşa Stamenkoviçin çıxışını qiymətləndirərdiniz. Sanki hər iki qol onun səhvinin nəticəsi idi...
- Saşa bizim köməyimizə çox çatıb. O, bizim üçün lazımlı futbolçudur. Müdafiədə səhvlərimiz çox olur. Bunları araşdıracağıq.
- Ardıcıl məğlubiyyətlərdən sonra düşünmürsüz ki, komandaya fərqli yanaşma lazımdır?
- Bəli, lazımdır. Uşaqlarda psixoloji durumu düzəltməyə çalışacağıq.
- "Qarabağ"dan xal alandan sonra sanki arxayınlıq yaranıb...
- "Neftçi" ilə görüşdə bu, ola bilərdi. Amma bu gün belə deyildi.
- Təmkin Xəlilzadənin zəif çıxışının səbəbi nə idi?
- Təmkin cəmi iki gün idi ki, komanda ilə məşq edirdi. Tam hazır deyildi, bu da meydanda hiss olunurdu.