Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev Azərbaycan millisinə dəvət alıb.
Sportnet.az Samara təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Nikola Yurçeviç 23 yaşlı hücumçunu qarşıdakı iki oyun üçün yığmaya çağırıb.
Bunadək Almaniyanın “Proyssen” komandasının formasını geyinən Rüfət Dadaşovu N.Yurçeviçinin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi.
Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. N.Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.