AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Macarıstan yığmasının Slovakiya və Xorvatiyaya qarşı oyunlar üçün heyəti açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Marko Rossi 26 futbolçuya dəvət göndərib...
Qapıçılar: Deneş Dibus ("Ferentsvaroş"), Peter Qulaçi ("Leyptsiq", Almaniya), Adam Kovaçik ("Vidi")
Müdafiəçilər: Tamaş Kadar ("Dinamo" Kiyev, Ukrayna), Botond Barat ("Kanzas", ABŞ), Barnabaş Beşe ("Havr", Fransa), Paulo Vinisius ("Vidi"), Villi Orban ("Leyptsiq", Almaniya), Gerge Lovrençiç ("Ferentsvaroş"), Adam Lanq (ÇFR, Rumıniya), Mihay Korhut ("Aris", Yunanıstan)
Yarımmüdafiəçilər: Dominik Soboslai ("Zaltsburq", Avstriya), Mate Patkai ("Vidi"), Adam Nad ("Bolonya", İtaliya), İştvan Kovaç ("Vidi"), Laslo Klyaynhaysler ("Osiyek", Xorvatiya), Jolt Kalmar (DAK, Slovakiya), David Holman ("Slovan" Bratislava, Slovakiya), Daniel Qazdaq ("Honved")
Hücumçular: Roland Varqa ("Ferentsvaroş"), Adam Salai ("Hoffenhaym", Almaniya), Kristian Nemet ("Kanzas", ABŞ), Dominik Nad ("Legiya", Polşa), Filip Holender ("Honved"), Balaj Cucak ("Əl-İttihad", BƏƏ), Norbert Baloq (APOEL, Kipr)
Qeyd edək ki, Macarıstan Slovakiya ilə martın 21-də səfərdə, Xorvatiya ilə martın 24-də evdə üz-üzə gələcək.