Braziliya yığmasının və "Santos" klubunun sabiq futbolçusu Antonio Vilson Vieyra Onorio vəfat edib.
Sportnet.az-ın məlumatına görə, daha çox Koutinyo kimi tanınan keçmiş hücumçu 76 yaşında dünyasını dəyişib.
Koutinyo "Santos"da 1958-ci ildə debüt edib və karyerasını 1973-cü ildə başa vurub. 1960 - 1965-ci illərdə Braziliya yığmasına dəvət alan forvard Çilidə təşkil edilmiş DÇ-1962-nin qalibi olub. Finalda "sambaçılar" Çexoslovakiyaya qalib gəliblər - 3:1.