Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, milli Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Bu komandalar arasında növbəti oyun martın 15-də keçiriləcək.