İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Xerard Moreno Rusiya "Zenit"ini üstələdikləri Avropa Liqasının 1/8 final görüşündən sonra Bakıda keçiriləcək final qarşılaşmasına köklənib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 27 yaşlı hücumçunun özü UEFA-nın rəsmi saytına açıqlamasında bildirib. O, heç vaxt Azərbaycan paytaxtında olmadığını vurğulayıb: "İndi yeni ölkə və stadionlara baş çəkmək imkanı yaranıb. Bu isə mənim xoşuma gəlir".
Qeyd edək ki, "Vilyarreal" "Zenit"ə Rusiyada 3:1, İspaniyada isə 2:1 hesabı ilə qalib gəlib. Xerard Moreno hər iki oyunda qol vurub.