"Kalyari" futbol klubunun azarkeşi İtaliya A Seriyasının XXVIII turunda "Fiorentina" ilə matçda infarkt keçirərək dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı başsağlığı mətni yayımlayıb.
İtaliya mətbuatı hadisənin oyunun son dəqiqələrində baş verdiyini yazıb. Anası və bacısı ilə qarşılaşmanı izləyən 45 yaşlı Daniel Atzorinin xəstə olduğu bildirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qarşılaşma "Kalyari"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.