
Xorvatiya və Azərbaycan milli komandalarının AVRO-2020-nin seçmə oyunu öncəsi mətbuat konfransları və son məşqlərinin vaxtı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Zaqrebdəki "Maksimir" stadionunda əvvəlcə martın 20-də Bakı vaxtı ilə saat 20:30-da meydan sahiblərinin baş məşqçisi Zlatko Daliç media önünə çıxacaq. Saat 21:00-da rəqib komandanın məşqi başlayacaq.
Saat 21:30-da isə jurnalistlərin suallarını Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç cavablandıracaq. Saat 22:00-da isə o, komandasını məşqə çıxaracaq. Hər iki məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
Qeyd edək ki, martın 21-də "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.