AVRO-2020-nin seçmə mərhəsinin I turunda keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib.
Sportnet-ın məlumatına görə, görüş Georgi Kabakovun rəhbərlik etdiyi Bolqarıstandan olan hakimlər briqadasına tapşırılıb. Kabakova yan xətt hakimləri Martin Marqaritov və Divan Valkov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Nikola Popov yerinə yetirəcək.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.