
Azərbaycanın FIFA hakimləri beynəlxalq oyunlara təyinat alıblar.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, onlar 4 fərqli turnirdə iş başında olacaqlar.
U-17 (qızlar) AÇ-nin elit-raund mərhələsi
İngiltərə, Gürcüstan, Yunanıstan, Macarıstan
Hakimlər: Yuliya Qurbanova, Gülyana Özcan
Oyunlar martın 21-dən 27-dək Macarıstanda keçiriləcək.
U-17 AÇ-nin elit-raund mərhələsi
Belçika, Norveç, Bosniya və Herseqovina, Macarıstan
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov
Oyunlar martın 26-dan aprelin 1-dək Macarıstanda keçiriləcək.
U-17 AÇ-nin elit-raund mərhələsi
İsrail, Çexiya, Niderland, Şimali İrlandiya
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli
Oyunlar martın 20-dən 26-dək Niderlandda keçiriləcək.
U-19 (futzal) AÇ-nin əsas mərhələsi
Portuqaliya, Moldova, Bosniya və Herseqovina, Serbiya
Hakim: Hikmət Qafarlı
Oyunlar martın 26-dan 31-dək Bosniya və Herseqovinada keçiriləcək.