
"Güclü rəqibə qarşı çıxış edəcəyik".
Sportnet.az-ın Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan yığmasının kapitanı Maksim Medvedev səfərdə Xorvatiya ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib. Kapitan yaxşı oynamağa çalışacaqlarını bildirib: "Ola bilsin, oyun səviyyəmiz nisbətən azdır. Buna baxmayaraq, biz də yaxşı oynamağa çalışacağıq".
Qeyd edək ki, martın 21-də "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.