1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vüqar Məmməd: "Qol imkanlarından yararlana bilmədik"
“Bu gün ölkəmizdə Novruz bayramı qeyd edilir. Bayram münasibəti ilə xalqımızı təbrik edirik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raundunda Rusiya ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. O, güclü rəqibə qarşı çıxış etdiklərini bildirib: "Rusiya turnirin ən yaxşı komandalarındandir. Bizim üçün çətinlik yaradan amillərdən biri də heyətimizdə zədəli futbolçuların olmasıdır. Bu oyunu unudub, İrlandiya ilə oyuna hazırlaşacağıq".
Məmmədin fikrincə, Rusiya ilə onun meydanında oynadıqlarını nəzərə alaraq, qolsuz heç-heçəni qələbəyə bərabər hesab etmək olar. Bununla yanaşı, gənc mütəxəssis oyun ərzində qol vurmaq üçün imkanlarının olduğunu əlavə edib: "Təəssüf ki, realizə edə bilmədik. Xüsusilə də ikinci hissədə rəqibimizdən üstün oynadıq. Komandama nümayiş etdirdiyi oyuna görə təşəkkür edirəm. Onlar bu gün meydanda xarakter göstərdilər. Fürsətdən istifadə edib sabah AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək milli komandamıza uğurlar arzulayırıq”.