
"Bizi maraqlı oyun gözləyir".
Sportnet.az xəbər verir ki, bunu Litva yığmasının kapitanı Fyodr Çernıxa Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda deyib.
28 yaşlı hücumçu Bakıya müsbət nəticə üçün gəldiklərini söyləyib: "Azərbaycan yaxşı komandadır, güclü futbolçuları var. Amma oyuna hazırlaşırıq və uğurlu nəticəyə ümid edirik".