Topaz Premyer
Liqasının XI turu çərçivəsində sabah "Xəzər Lənkəran"ın qonağı olacaq
"Simurq" bu oyuna iki itki ilə çıxacaq. Sportnet.az-ın məlumatına görə,
uzun müddətdir zədədən əziyyət çəkən Murad Səttarlı və Adam Banaş bu görüşü də
buraxacaq.
Səttarlının son
durumu məşqçilər korpusunu sevindirməyə bilməz. Belə ki, 22 yaşlı yarımmüdafiəçi
artıq fərdi məşqləri yekunlaşdırmaq üzrədir. Klubdan aldığımız məlumata görə, gənc
oyunçu çempionatda yaranacaq fasilə zamanı artıq kollektivlə məşqlərə qoşulacaq
və tədricən topla çalışmalar edə biləcək. Banaş isə hələ bir müddət də fərdi
çalışmalarla kifayətlənəcək.
"Simurq"un
digər gənc yerli oyunçusu Vüqar Mustafayev isə artıq komanda ilə məşq edir.
Lakin onun "Xəzər Lənkəran"la oyunda iştirakı sual altındadır.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Simurq" oyunu sabah keçiriləcək və saat 17:00-da başlayacaq.