
Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün ikinci matçında "Keşlə" "Neftçi"ni qəbul edib. "ASK Arena"da təşkil olunmuş görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində 79-cu dəqiqədə Emin Mahmudov penaltidən fərqlənib.
Bu qələbədən sonra xalını 48-ə çatdıran "Neftçi" vahid lider olub. "Keşlə" isə 19 xalla 7-ci yerdə qalıb.
Qeyd edək ki, açılış qarşılaşmasında "Səbail" səfərdə "Zirə"ni məğlub edib - 2:1. Tura aprelin 1-də keçiriləcək "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
-----------------------
Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Sportnet.az xəbər verir ki, açılış matçında "Zirə" "Səbail"i qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1
30-cu dəqiqədə "Səbail"in heyətində Ağabala Ramazanov qapıçı ilə təkbətək çıxsa da, şansdan yararlana bilməyib. Buna baxmayaq hücumçu 41 dəqiqədə fərqlənməklə komandasını hesabda önə keçirib. 69-cü dəqiqədə meydan sahiblərinin legioneri Xulio Sezar Rodriqes bərabərlik qolunu vurub. 90+4-cü dəqiqədə Şəhriyar Rəhimov "Səbail"ə qələbə qazandıran qola imza atıb.
Bu nəticədən sonra "Səbail" 34 xalla üçüncü, "Zirə" isə 22 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər oyununda "Keşlə" və "Neftçi" komandaları qarşılaşacaq. Tura aprelin 1-də keçiriləcək "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
---------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə Bakıda iki qarşılaşma keçiriləcək. Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşmanı Vüqar Həsənlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Meydan sahibləri hazırda 22 xallla 6-cı, qonaqlar isə 31 xalla 3-cü pillədə qərarlaşıb. Komandalar Premyer Liqada indiyədək 7 dəfə üz-üzə gəliblər. "Zirə" bunların son 2-də qol buraxmayıb. Cari mövsüm I dövrədəki matçın texniki nəticəsi nəzərə alınmasa, "Səbail" çempionatda rəqibini məğlub edə bilməyib. Topların nisbəti "Zirə"nin xeyrinədir - 7:2.
Günün digər oyunu "Ask Arena"da təşkil olunacaq. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüşdə çempionluğa iddialı "Neftçi" "Keşlə"nin qonağı olacaq. Hazırda 45 xalla "Qarabağ"la birgə şərikli lider olan flaqman qələbə qazanmaq niyyətindədir. 19 xalla 7-ci yerdəki "Keşlə" isə autsayderlər sırasından xilas olmağa çalışacaq. Komandalar Azərbaycan çempionatları tarixində 58 dəfə üz-üzə gəliblər. Bunların 30-da "Neftçi", 14-də isə meydan sahibləri qələbə qazanıb.Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 89:58.
Qeyd edək ki, XXII turun digər iki oyunu aprelin 1-də keçiriləcək. "Qəbələ" "Sabah"ı, "Sumqayıt" isə "Qarabağ"ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası, XII tur
30 mart (şənbə)
16:00. “Zirə” – “Səbail” - 1:2
Qollar: Xulio Sezar Rodriqes, 69 - Ağabala Ramazanov, 41. Şəhriyar Rəhimov, 90+3
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu
I dövrə - 0:3 (texniki nəticə), II dövrə - 0:0, III dövrə - 2:0
18:30. “Keşlə” – “Neftçi” - 0:1
Qol: Emin Mahmudov, 79-p.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
“ASK Arena"
I dövrə - 0:2, II dövrə - 0:1, III dövrə - 0:2.