
""Sumqayıt”ı təbrik
edirəm. Rəqib yaxşı müdafiə olundu". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Sumqayıt" ilə Premyer Liqanın XI tur qarşılaşmasından sonra deyib.
O şanslardan istifadə edə bilmədiklərini bildirib: "Bizim şanslarımız çox oldu. Amma təəssüflər olsun ki, istifadə edə bilmədik. Bu isə onu göstərir ki, biz dəyişikliklər etməliyik. Daha doğrusu edəcəyik. Həyat davam edir. İrəli baxmalıyıq. Problemlər var və bunun üzərində çalışmalıyıq".
Qeyd edək ki, "Sumqayıt" - "İnter" matçı qolsuz yekunlaşıb - 0:0.