
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun son oyununda “Sabah” “Əlincə Arena”da “Səbail”i qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı qonaqlar açıb. Enrike Perilyo 2-ci dəqiqədə fərqlənib. Meydan sahibləri isə bu qola 30 dəqiqə sonra cavab verib. “Sabah”ın legioneri Filip İvanoviç hesabı bərabərləşdirib. 66-cı dəqiqədə Cavid İmamverdiyev, 69-cu dəqiqədə isə Vanderson Silva “Sabah”a qələbə qazandıran qollara imza atıblar.
Bu matç həm də “Səbail”in heyətinə qatdığı tanınmış futbolçu Maykl Essyenin Azərbaycan Premyer Liqasında ilk oyunu olub. 37 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə Yevgeni Koçuku n yerinə meydana daxil olub.
Bu nəticədən sonra “Səbail” 34 xalla üçüncü, “Sabah” isə 26 xalla beşincidir.
Qeyd edək ki, günün digər matçında “Qarabağ” səfərdə “Qəbələ”ni məğlub edib. XXIII turda həmçinin “Neftçi” “Zirə”ni 4:2, “Sumqayıt” isə “Keşlə”ni 2:1 hesabı ilə üstələyib.
--------------------------------------
Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun mərkəzi görüşündə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 3-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Donald Gerrye açıb. 23-cü dəqiqədə Rauf Əliyev bərabərlik qolunu vurub. 79-cu dəqiqədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Dani Kintananın əvəzinə Araz Abdullayevi meydana buraxıb. Abdullayev oyuna daxil olduqdan 3 dəqiqə sonra qələbə topuna imza atıb.
Bu qələbə sayəsində "Qarabağ" xallarını 51-ə çatdırıb və "Neftçi" ilə yenidən şərikli lider olub. "Qəbələ" isə 30 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" "Keşlə"ni 2:1, "Neftçi" "Zirə"ni 4:2 hesabı ilə yenib. Tura saat 16:30-da başlanacaq "Sabah" - "Səbail" matçı ilə yekun vurulacaq.
--------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun son 2 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Qəbələ" "Qarabağ"ı, daha sonra "Sabah" "Səbail"i qəbul edəcək. Bu oyunların nəticələri komandaların turnir cədvəlindəki mövqelərinə heç bir təsir göstərməyəcək. Amma xüsusən ilk oyun günündən sonra yaranmış vəziyyət bu klubları da müəyyən yerlər uğrunda mübarizəyə sövq edəcək.
Qəbələdəki görüşdə meydan sahibləri qalib gəlsə, xallarını 33-ə çatdıracaq və 3-cü pillədəki "Səbail" ilə xal fərqini minimuma endirəcək. Amma bunun üçün Bayıl komandasının debütant "Sabah"dan səfərdə xal almaması lazımdır. Hazırda 48 xala malik "Qarabağ" isə lider "Neftçi" ilə xal fərqini yenidən bərabərləşdirməkdən ötrü mütləq qələbə qazanmalıdır.
Bu, iki komanda arasında 44-cü matç olacaq. Əvvəlki 43 qarşılaşmada "Qəbələ" 10, "Qarabağ" 21 dəfə qələbə qazanıb, 12 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam təmsilçisi öndədir - 58:39. Digər tərəfdən, “Qəbələ” son 4 oyunda uduzduğu halda, “Qarabağ” 5 matçdır məğlub olmur.
Turun son matçında isə debütant "Sabah" iki mövsümdür Premyer Liqada çıxış edən "Səbail"i sınağa çəkəcək. Paytaxt təmsilçiləri bu mövsüm 4-cü dəfə üz-üzə gələcəklər. İlk 3 dövrənin görüşlərində "Səbail" məğlub olmayıb. "Sabah" isə rəqibinin qapısına qol vura bilməyib. 2 matçda "Səbail" qalib gəlib, 1 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti isə belədir - 0:5.
Hazırda 34 xalla 3-cü yerdə gedən "Səbail" qələbə qazansa, bürünc medala doğru daha bir addım atacaq. "Sabah" isə əsas izləyicilərinin xal itkisindən sonra qalib gəlsə, xallarını 26-ya çatdıraraq, 5-ci pillədə möhkəmlənəcək.
Azərbaycan Premyer Liqası, XXIII tur
7 aprel (bazar)
14:00. “Qəbələ” – “Qarabağ” - 1:2
Qollar: Rauf Əliyev, 23. Araz Abdullayev, 82 - Donald Gerrye, 3
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Qəbələ şəhər stadionu
İlk 3 dövrədəki oyunların nəticələri: 1:4, 1:3, 1:2
16:30. “Sabah” – “Səbail” - 3:1
Qol: Filip İvanoviç, 32. Cavid İmamverdiyev, 66. Vanderson Silva, 69 - Enrike Perilyo, 2
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Əlincə Arena”
İlk 3 dövrədəki oyunların nəticələri: 0:0, 0:4, 0:1.
Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" "Keşlə"ni 2:1, "Neftçi" "Zirə"ni 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.