
"İnter"in
məşqlərinin birində pəncəsində çat əmələ gəldiyi üçün cərrahiyyə əməliyyatı
keçirən müdafiəçi Matiya Şpiçiç artıq bərpa prosesini başa vurub. Klubdan
Sportnet.az-a verilən məlumata görə, xorvatiyalı müdafiəçi artıq həkimlərin nəzarəti
altında fərdi çalışmalara başlayıb.
Trenajor zalında
məşqlərini edən 26 yaşlı oyunçu bir də təxminən 3 həftədən, Topaz Premyer
Liqasında fasilə başa çatdıqdan sonra kollektivlə birgə məşqlərdə iştirak edə
biləcək. Ancaq onun yaşıl meydanlara dönüşü ən yaxşı halda dekabrda reallaşa
bilər.