
AFFA İntizam Komitəsinin növbəti iclası
keçirilib. iclasda futbol üzrə Topaz Premyer Liqasının XI turunda qeydə alınan
neqativ hallar müzakirə edilib və aşağıdakı qərarlar verilib.
"Xəzər Lənkəran” – "Simurq” oyununda "Simurq”un 5 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
"Neftçi” – AZAL matçının 82-ci dəqiqəsində AZAL-ın futbolçusu
Luis Ramos idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə
olunur.
"Qəbələ” – "Bakı” görüşündə "Qəbələ”nin 4 futbolçusu sarı
vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyunun 90-cı
dəqiqəsində "Bakı”nın futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq
cəzalanır, klub 200 manat cərimə olunur.