Topaz Premyer Liqasının XI turunda
"İnter"lə qarşılaşmadan sonra "Sumqayıt" klubu istirahətə buraxılıb. Sportnet.az-ın
məlumatına görə, Aqil Məmmədovun komandası noyabrın 7-də yığışacaq.
Komanda məşqlərini Sumqayıtda keçirəcək. Hazırlıq məqsədi ilə "Sumqayıt" "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma noyabrın 12-də "Kapital Bank Arena"da baş tutacaq.