 

Futbol üzrə Azərbaycan I Divizionunun IX
turunda qeyri-etik davranışa yol verən "Şuşa" klubunun məşqçisi
Toğrul Əhmədov cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, Əhmədov
cəzanı Bakının"Rəvan" komandası ilə görüşdə hakimlər
briqadasını təhqir etdiyi üçün alıb. 
	
	AFFA İntizam Komitəsi onu 5 oyunluq
diskvalifikasiya edib, klubu isə 500 manat cərimələyib. 
	
	Qeyd edək ki,
"Rəvan"ın 3:2 hesabı ilə qalib gəldiyioyunu Premyer Liqa
təcrübəsi olan Orxan Məmmədov idarə edib.
	
	
	
	








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































