Türkiyə “Alanyaspor”unun əsas komandası avtomobil qəzasına düşüb.
Sportnet.az-ın məlumatına görə, Super Liqanın “Kayserispor”la oyunundan qayıdan zaman Alanya təmsilçisinin avtobusu aşıb. Nəticədə 7 futbolçu xəsarət alıb. Komandanın 29 yaşlı hücumçusu Jozef Sural baş və bədən xəsarətləri iləxəstəxanaya çatdırılıb. Lakin çexiyalı forvard həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sural Türkiyə klubuna bu mövsümün gedişində qoşulub.