Azərbaycan Premyer Liqasında XXVI turun “Qarabağ”la oyununda “Zirə”ni meydana kapitan qismində Vüqar Mustafayev çıxarıb.
Sportnet.az-ın məlumatına görə, Mustafayev karyerasında ikinci dəfə “qartallar”ı arxasınca meydana daşıyıb. Mövsümdə ilk dəfə bu vəzifəni icra edən müdafiəçinin bu roldakı debütü ötən çempionat gerçəkləşmişdi. O, 419 gün əvvəl ilk dəfə kapitan sarğısını taxıb.
Ötən mövsüm “Keşlə” ilə 2018-ci il martın 4-də baş tutmuş qarşılaşmada (1:2) 25 yaşlı yarımmüdafiəçi ilk dəfə bu məsuliyyəti daşıyıb. Həmin görüş də "Zirə"nin ev matçı olub.
Ümumiyyətlə, 8 futbolçu Premyer Liqa matçında “Zirə”də bu funksiyanı yerinə yetirib. Bunlar Anar Nəzirov (37), Kamal Bayramov (22), Rəşad Abdullayev (20), Elvin Məmmədov (18), Aleksandrr Şemonayev (15), Vüqar Mustafayev (2), həmçinin hərəyə 1 dəfə kapitan olan Adil Nağıyev və Adrian Skarlatakedir.