
"Zirə"nin baş məşqçisi Samir Abasov "Sumqayıt"la evdə keçirdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü zamanı öz futbolçusunu təhqir edib.
Sportnet.az-ın məlumatına görə, bu, qonaq komandanın 27-ci dəqiqədə vurduğu ikinci qoldan sonra baş verib. Abasov futbolçularından birinə "Sənə dedim də, ..." qışqırıb. Təhqirə məruz qalan oyunçunun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, hazırda "Zirə" 0:2 hesabı ilə uduzur. Hər iki qolu Peyman Babayi vurub.