"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Zirə" ilə keçirdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə daha bir məcburi dəyişikliyə əl atıb.
Sportnet.az-ın məlumatına görə, ilk yarıda əzələsini dartan kapitan Vurğun Hüseynov ikinci hissəyə çıxa bilməyib. Onu Elvin Bədəlov əvəzləyib.
Birinci hissədə isə Əfran İsmayılov zədələndiyi üçün meydanı erkən tərk etməli olub. O, yerini Əmir Ağayevə verib.
Qeyd edək ki, hazırda "Sumqayıt" öndədir - 3:1.