UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, ilk yarımfinal mərhələsinin oyunlarından sonra bu ada İngiltərə "Arsenal"ının hücumçusu Aleksandr Lyakazett layiq görülüb.
Fransalı forvard evdə İspaniya "Valensiya"sını 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qolun müəllifi olub.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.