İngiltərə "Arsenal"ının futbolçusu Aleksandr Lyakazett İspaniyanın "Barselona" klubunun maraq dairəsinə düşüb.
Sportnet.az-ın "El Mundo Deportivo"ya istinadən məlumatına görə, 27 yaşlı hücumçu ön xəttini gücləndirmək istəyən Kataloniya təmsilçisinin namizədləri siyahısına daxil edilib. Lakin "Atletiko"nun forvardı Antuan Qrizmann "Barsa" üçün prioritet məsələ olaraq qalır.
Qeyd edək ki, Aleksandr Lyakazett bu mövsüm 46 oyunda 18 məhsuldar ötürmə və 12 qol müəllifi olub. O, "Arsenal"a 2017-ci ilin yayında Fransa "Lion"undan 53 milyon avroya keçib. Lyakazettin "topçular"la müqaviləsi 2022-ci ilədək, transfer bazarında qiyməti isə 65 milyon avrodur. "Barselona"nın hədəfindəki hər iki hücumçu Fransa millisinin üzvləridir.